Estoniyanın İT şirkətlərinin Azərbaycana cəlb olunması, onların yerli şirkətlərlə əməkdaşlığının təşviqi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
Bununla bağlı müzakirələr azərbaycanlı nazir ilə Estoniyanın iqtisadiyyat və sənaye naziri Liina Vahtras arasında görüşdə aparılıb.
Məlumata əsasən, görüşdə Azərbaycanda biznes fəaliyyətinin genişləndirilməsi imkanlarını müzakirə edilib.
"Eyni zamanda iki ölkənin biznes dairələri arasında əlaqələrin gücləndirilməsi, qarşılıqlı biznes forumlarının və digər birgə tədbirlərin təşkili məsələləri ətrafında fikir mübadiləsi apardıq", - R.Nəbiyev qeyd edib.
Mənbə: report.az