IMG-LOGO

Məşhur müğənni toy tarixini açıqladı

05 Nov 2026 16:34 3 baxış
IMG
1 0

Türkiyəli məşhur müğənni İrem Derici sevgilisi Melih Kunukçu ilə evlilik planları barədə yeni açıqlama verib.

Lent.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, müğənni nikah mərasiminin dekabr ayında keçiriləcəyini bildirib. Lakin mərasimin dəqiq günü hələlik açıqlanmayıb.

Xatırladaq ki, fevral ayında nişanlanan cütlük daha əvvəl də evlilik planları barədə danışmışdı. Melih Kunukçu sentyabr ayında verdiyi açıqlamada toy üçün konkret tarix müəyyənləşdirmədiklərini, 2027-ci ili düşündüklərini, lakin nikahın 2026-cı ildə baş tuta biləcəyini söyləmişdi.

Müğənni isə daha əvvəl qatıldığı tədbirlərdən birində jurnalistlərin suallarını cavablandırarkən sevgilisinə səslənmişdi: “Hazırda futbol matçına baxır, amma buradan sevgilimə səslənirəm. Bu il bitənə qədər o imzanı atmasan, məni unut!”

İrem Dericinin son açıqlamasından sonra cütlüyün toy hazırlıqları yenidən Türkiyə maqazin mediasının gündəminə gəlib.

İrem Derici müğənni toy

Mənbə: lent.az

Xəbər lenti