IMG-LOGO

Cənubi Koreya XİN: ABŞ-la birgə hərbi təlimlər sırf müdafiə xarakteri daşıyır

05 Nov 2026 08:00 3 baxış
IMG

Cənubi Koreyanın Xarici İşlər Nazirliyi ABŞ-la birgə hərbi təlimlərin sırf müdafiə xarakteri daşıdığını bəyan edib.

"Report" xəbər verir ki, bu barədə Cənubi Koreya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Cənubi Koreya və ABŞ-ın birgə təlimləri müdafiə xarakteri daşıyır və Şimali Koreyanın nüvə və raket proqramlarından qaynaqlanan artan təhdidə cavab olaraq müdafiə qabiliyyətini qorumaq məqsədilə hər il keçirilir", – bəyanatda qeyd olunub.

Qurum həmçinin vurğulayıb ki, bu cür təlimlər təkcə Koreya yarımadasında deyil, bütün Şimal-Şərqi Asiyada sülh və sabitliyin qorunmasına töhfə verir.

Mənbə: report.az

Xəbər lenti