IMG-LOGO

"Vikinq"in baş məşqçisi Aarsheym: "Futbolçularım adlarını klubun tarixinə yazdırdılar"

05 Nov 2026 02:59 2 baxış
IMG

Norveç təmsilçisi "Vikinq"in futbolçuları adlarını klubun tarixinə qızıl həriflərlə yazıdırıblar.

"Report" xəbər verir ki, bunu adıçəkilən klubun baş məşqçisi Byarte Lunde Aarsheym UEFA Çempionlar Liqasının əsas mərhələsində "Sabah"a qarşı keçirdikləri matçdan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib:

"Bu, həqiqətən də möhtəşəm və tarixi bir hadisədir. Matç bitdikdən sonra futbolçularıma dedim ki, siz adınızı klubun tarixinə qızıl həriflərlə yazdırdınız. Onların çıxışından çox qürurlandım. Qarşılaşmaya gəlincə, çox yaxşı çıxış etdik. Düşünürəm ki, qələbəyə layiq olan tərəf elə biz idik".

Qeyd edək ki, "Vikinq" - "Sabah" oyunu Norveç klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.

Mənbə: report.az

Xəbər lenti