IMG-LOGO

Tramp Pentaqon rəhbərini vəzifəsindən azad etməyi planlaşdırmır

05 Nov 2026 00:09 3 baxış
IMG

ABŞ Prezidenti Donald Tramp müdafiə naziri Pit Heqseti vəzifəsindən azad etmək niyyətində olmadığını bildirib və onun fəaliyyətini yüksək qiymətləndirib.

"Report" xarici mediaya istinadən xəbər verir ki, Tramp bu barədə Ağ Evin qarşısında jurnalistlərə açıqlamasında danışıb.

Pentaqon rəhbərinin vəzifəsindən azad edilməsi ehtimalı ilə bağlı suala cavab verən ABŞ lideri deyib: "Xeyr, hesab edirəm ki, o, işinin öhdəsindən çox yaxşı gəlir".

Qeyd edək ki, bundan əvvəl CBS News telekanalı öz mənbələrinə istinadən Trampın müşavirləri ilə Pit Heqsetin istefaya göndərilməsi ehtimalını müzakirə etdiyini bildirmişdi.

Mənbə: report.az

Xəbər lenti