IMG-LOGO

Paşinyan: Qarabağ hərəkatı dayandırılmalıdır

01 Apr 2026 19:30 4 baxış
IMG

Ermənistanda Qarabağ hərəkatı davam etdirilməməlidir, çünki İrəvan və Bakı arasında artıq sülh bərqərar olub.

"Report" xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Kremldə Rusiya lideri Vladimir Putinlə görüşündə deyib.

"Mən artıq Ermənistanda açıq şəkildə bildirmişəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik, çünki Ermənistan və Azərbaycan 1991-ci il Alma-Ata Bəyannaməsi çərçivəsində bir-birinin suverenliyini və ərazi bütövlüyünü tanıyıblar", - o vurğulayıb.

"İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik, bu barədə Rusiyanın ali rəhbərliyi də iki dəfə açıq şəkildə bəyan edib", - Ermənistanın Baş naziri əlavə edib.

Xəbər lenti