IMG-LOGO

ABŞ-da qarışıqlıq: Seçkilərdən sonra İrana qarşı növbəti addım nə olacaq?

05 Nov 2026 07:16 3 baxış
IMG
0 0

ABŞ-da Konqresə keçirilən aralıq seçkilərdən sonra administrasiyada İrana qarşı atılacaq növbəti addımlarla bağlı fikir ayrılıqları dərinləşib.

Bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, bəzi rəsmilər ABŞ prezidenti Donald Trampı İrana yeni zərbələr endirməyə və bundan sonra sülhə nail olmağa çalışmağa çağırır. Digərləri isə hərbi əməliyyatı vaxtında dayandırmağın vacib olduğunu düşünür.

Qəzet qeyd edir ki, Respublikaçıların Konqresə aralıq seçkilərdə məğlubiyyətindən sonra İranla hərbi əməliyyatlarla bağlı administrasiyada fikir ayrılıqları daha da güclənib.

Xatırladaq ki, Tramp noyabrın 4-də istədiyi vaxt İranla müharibəni başa çatdıracağını, lakin bunun düzgün şəkildə həyata keçirilməli olduğunu bildirib. O, həmçinin Respublikaçıların seçkidə məğlubiyyətinin əsas səbəbləri arasında İranla müharibəni və yanacağın bahalaşmasını göstərib.

ABŞ İran

Mənbə: lent.az

Xəbər lenti