IMG-LOGO

ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib

05 Nov 2026 01:05 3 baxış
IMG

ABŞ Maliyyə Nazirliyi İranla əlaqəli fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyaların tətbiq olunduğunu açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) yaydığı məlumatda bildirilib.

Qurum sanksiya siyahılarında dəyişiklik edərək yeni fiziki və hüquqi şəxsləri həmin siyahılara daxil edib. Məhdudiyyətlər, o cümlədən dəniz daşımaları və aviasiya xidmətləri ilə əlaqəli strukturlara şamil olunub.

Eyni zamanda, OFAC İranın "kölgə donanması"na daxil olan gəmilərin sanksiyalardan yayınmaq məqsədilə saxta bayraqlardan istifadəsi ilə bağlı xəbərdarlıq yayıb.

Sənəddə qeyd olunub ki, söhbət səlahiyyəti olmayan gəmi reyestrləri tərəfindən verilən bayraqlardan və ya etibarlı qeydiyyat sənədləri olmadan istifadə edilən bayraqlardan gedir.

ABŞ hakimiyyəti bu praktikanı gəmilərin mənsubiyyətinin gizlədilməsi və qüvvədə olan məhdudiyyətlərdən yayınma üsullarından biri kimi qiymətləndirir.

Mənbə: report.az

Xəbər lenti