IMG-LOGO

"Benfika" FIBA Avropa Kubokunda "LANDAU Lions"a qalib gəlib

05 Nov 2026 00:53 3 baxış
IMG

Azərbaycanın "LANDAU Lions" basketbol komandası FIBA Avropa Kubokunda Portuqaliyanın "Benfika" kollektivi ilə üz-üzə gəlib.

"Report"un məlumatına görə, Lissabon şəhərində keçirilən G qrupunun V turunun oyununda ev sahibləri qələbə qazanıb - 97:76.

Xatırladaq ki, "LANDAU Lions" IV turda Türkiyənin "Denizli Basket" kollektivinə qalib gəlib - 94:86. Ölkə təmsilçisi əvvəlki üç görüşdə isə məğlub olub. Erhan Tokerin baş məşqçisi olduğu komanda Danimarkanın "Bakken Birs" (88:91), İsveçrənin "Lions de Geneve" (83:105), Slovakiyanın "Prievidza" klubuna (84:108) uduzub.

Mənbə: report.az

Xəbər lenti