IMG-LOGO

“Apple” “iPhone Duo”nun ekran problemini qəbul etdi

04 Nov 2026 23:06 3 baxış
IMG
0 0

“Apple” şirkətinin baş direktoru Con Ternus qatlanan “iPhone Duo” modellərində ekran problemlərinin olduğunu təsdiqləyib.

Lent.az xəbər verir ki, o, “Reuters”ə müsahibəsində ekranı çatlayan və digər nasazlıqlar yaranan cihazların ümumi satışın çox kiçik hissəsini təşkil etdiyini bildirib. Şirkət problemli telefonları yeniləri ilə əvəz edir.

Ternus həmçinin “iPhone Duo”ya tələbatın istehsal gücünü üstələdiyini və istehsalın artırılmasına baxmayaraq, tələbatın nə vaxt tam qarşılanacağını proqnozlaşdıra bilmədiklərini deyib.

Apple iPhone

Mənbə: lent.az

Xəbər lenti