IMG-LOGO

"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub

04 Nov 2026 22:54 3 baxış
IMG

"Gəncə" basketbol komandası FIBA Avropa Kubokunda növbəti oyununa çıxıb.

"Report"un məlumatına görə, V turda Rumıniyada "Universitatiya" komandasının qonağı olan Murad Dikmənin baş məşqçisi olduğu kollektivi 96:105 hesabı ilə uduzub.

Xatırladaq ki, "Gəncə" yer aldığı C qrupunda daha əvvəl Yunanıstan təmsilçisi "Kolossos"a (62:80) və Türkiyənin "Esenler Erokspor" klubuna uduzub - 63:92. Komanda evdə Portuqaliyanın "Sportinq" komandasını 69:67 hesabı ilə üstələyib.

Mənbə: report.az

Xəbər lenti