IMG-LOGO

"Sumqayıt"ın iki legionerinə milli komandalarından dəvət gəlib

20 Mar 2026 16:17 2 baxış
IMG

"Sumqayıt"ın futbolçuları Ronaldo Vaskez və Abdul Raşid Mumini müvafiq olaraq Dominikan Respublikası və Benin milli komandarına dəvət alıblar.

"Report" xəbər verir ki, Dominikan Respublikası CONCACAF Series-in ikinci mərhələsində 27 və 30 mart tarixlərində El Salvador və Kuba ilə qarşılaşacaq.

Benin millisi isə martın 27-də Fələstin, 4 gün sonra isə Qvineya ilə yoldaşlıq görüşləri keçirəcək.

Xəbər lenti