Türkiyəli məşhur aktrisa Hafsanur Sancaktutan şəxsi həyatında yaşadığı ayrılıqdan sonra görünüşündə köklü dəyişiklik edib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, 26 yaşlı aktrisa həmkarı Kubilay Aka ilə münasibətlərinə son qoyduqdan sonra uzun saçlarını kəsdirib.
Sancaktutan qısa və qatlı saç düzümü ilə çəkdirdiyi yeni fotolarını sosial şəbəkədə paylaşıb. Onun fərqli görünüşü qısa müddətdə maqazin gündəminə çevrilib.
Xatırladaq ki, məşhur cütlüyün ayrılığı sosial şəbəkədə bir-birini izləməyi dayandırmasından sonra gündəmə gəlmişdi.
Aktrisanın yeni imicini məhz ayrılıqdan sonra seçməsi isə diqqət çəkib.
Hafsanur Sancaktutan Kubilay Aka Türkiyə maqazini məşhurlar ayrılıq aktrisa yeni imic şou-biznes

Mənbə: lent.az