IMG-LOGO

"Ramştayn"ın növbəti iclası noyabrın 17-də NATO-nun mənzil-qərargahında keçiriləcək

29 Oct 2026 13:20 3 baxış
IMG

Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun "Ramştayn" formatında növbəti, 37-ci iclası bu il noyabrın 17-də NATO-nun mənzil-qərargahında keçiriləcək.

"Report" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Şimali Atlantika Alyansının mətbuat xidməti məlumat yayıb.

"Noyabrın 17-də Böyük Britaniya və Almaniya NATO-nun mənzil-qərargahında Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun iclasını çağıracaq", - məlumatda bildirilib.

Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun "Ramştayn" formatında əvvəlki, 36-cı iclası sentyabrın 9-da keçirilib.

Mənbə: report.az

Xəbər lenti