IMG-LOGO

"Zirə" Premyer Liqanın XVI turunda "İmişli" ilə bərabərə qalıb

20 Dec 2025 18:30 5 baxış
IMG

Misli Premyer Liqasının XVI turunda "Zirə" "İmişli" ilə qarşılaşıb.

"Report"un məlumatına görə, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun qolsuz heç-heçə ilə yekunlaşıb.

28 xalı olan "Zirə" turnir cədvəlində 3-cüdür. "İmişli" isə 17 xalla 9-cu sırada yer alıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında "Turan Tovuz" "Kəpəz"i (2:0), "Neftçi" isə "Karvan-Yevlax"ı (2:1) məğlub edib. XVI tura dekabrın 22-də yekun vurulacaq

Xəbər lenti