IMG-LOGO

Rusiya Dneprdə vağzala zərbə endirib: 13 nəfər ölüb

29 Oct 2026 13:47 3 baxış
IMG

Rusiya Dneprdə (Ukrayna) dəmir yolu vağzalına reaktiv dronla zərbə endirib, nəticədə 13 nəfər ölüb, ən azı 5 nəfər yaralanıb.

"Report" "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Vilayət Hərbi Administrasiyası məlumat yayıb.

"Ukrzaliznıtsya" şirkətinin məlumatına görə, zərbə vağzalın platformalarından birinə dəyib və həmin vaxt orada Dnepr - Zaporojye marşrutu üzrə hərəkət edən 866 nömrəli elektrik qatarı olub.

Elan edilmiş yüksək təhlükə səviyyəsinə baxmayaraq, platformada insanlar olub.

Xilasedicilər, tibb işçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.

Mənbə: report.az

Xəbər lenti