IMG-LOGO

Koşta Avropa Mərkəzi Bankı üçün yeni rəhbərin axtarışına başlayır

29 Oct 2026 14:53 4 baxış
IMG

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta Avropa Mərkəzi Bankının (AMB) yeni rəhbərinin seçilməsi prosedurunun başladığını elan edib.

"Report"un Avropa bürosunun məlumatına görə, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

"AMB-nin prezidenti Kristin Laqard 2027-ci il fevralın 7-də vəzifəsini tərk etmək niyyəti barədə mənə məlumat verib. Onun qərarını hörmətlə qəbul edirəm", - Koşta yazıb.

Onun sözlərinə görə, bankın yeni prezidentinin təyin edilməsi proseduru oktyabrın 29-da başlayır və dərhal həyata keçiriləcək.

Mənbə: report.az

Xəbər lenti