Türkiyənin məşhur müğənnisi Sibel Can bu dəfə mahnıları ilə deyil, illərdir davam edən avtomobil qalmaqalı ilə gündəmə gəlib.
Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, sənətçinin lüks avtomobili ilə bağlı 14 ildir davam edən məhkəmə çəkişməsində yeni hadisə yaşanıb.
Məlumata görə, avtomobil qalereyasının sahibi mübahisəli nəqliyyat vasitəsi ilə əlaqədar icra tədbirlərinə əl atıb. Türkiyə mediası Sibel Canın lüks avtomobilinə həbs qoyulması barədə məlumat yayıb.
İllərdir davam edən mübahisənin yenidən gündəmə gəlməsi maqazin dünyasında diqqət çəkib. Məşhur müğənninin avtomobillə bağlı hüquqi probleminin necə yekunlaşacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, Sibel Can Türkiyənin ən tanınmış müğənnilərindən biridir və şəxsi həyatı ilə də tez-tez maqazin gündəminə gəlir.
Sibel Can Türkiyə maqazini məşhurlar avtomobil qalmaqalı məhkəmə lüks avtomobil şou-biznes
Mənbə: lent.az