IMG-LOGO

Yaponiya Futbol Assosiasiyasının vitse-prezidenti istefa verib

29 Oct 2026 14:44 4 baxış
IMG

Yaponiya Futbol Assosiasiyasının (YFA) vitse-prezidenti, ölkə millisinin sabiq baş məşqçisi Takeşi Okada istefa verib.

"Report" xəbər verir ki, bu barədə YFA-nın mətbuat xidməti məlumat yayıb.

YFA həmçinin Okadanın şəxsi bəyanatını da ictimaiyyətə təqdim edib. O, bəyanatında öz prinsiplərindən bəhs edərək, "İdman nəcib olmalıdır" ifadəsini işlədib.

Qeyd edək ki, Takeşi Okada Yaponiya millisinə 1998 və 2010-cu illərdə keçirilən dünya çempionatlarında baş məşqçilik edib. 2010-cu ildə Cənubi Afrikada təşkil olunan mundialda Yaponiya yığması 1/8 finala yüksəlib, lakin penaltilər seriyasında Paraqvaya məğlub olaraq turnirlə vidalaşıb.

Mənbə: report.az

Xəbər lenti