Bu ilin yanvar-sentyabr aylarında "AzerGold" QSC 217,1 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
"Report" bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nın oktyabr buraxılışına istinadən xəbər verir.
Bu, 2025-ci ilin 9 ayı ilə müqayisədə 51,5 milyon ABŞ dolları və ya 31,1 % çoxdur.
Qeyd edək ki, 9 ay ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 20,5 % artaraq 3,2 milyard ABŞ dolları təşkil edib.
Mənbə: report.az