Azərbaycan Maliyyə Nazirliyinin not yerləşdirmələri pul siyasətinə təsir etmir.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib.
Onun sözlərinə görə, notlara bu ilin sonuna qədər məbləğin nə qədər olacağını dəqiq demək bir qədər çətindir: "Çünki həmin notlar kifayət qədər dəyişkəndir. Lakin sentyabrın 20-nə qədər AMB notlar üzrə 29 milyon manat xərcləyib. Maliyyə Nazirliyinin yerləşdirmə ilə bağlı xərcləri bizim pul siyasətimizə təsir etmir. Belə ki, hərracların əksəriyyətində yerləşdirmə baş tutmur, çünki izafi likvidlik var. Yerləşdirmənin baş tutduğu hərraclarda isə məbləğ ümumi likvidliklə müqayisədə kifayət qədər aşağıdır. Maliyyə Nazirliyi ilə bağlı məsələlərdə biz həm fiskal, həm də makroiqtisadi siyasətlərin uyğunlaşdırılmasına imkan verəcəyik".
Mənbə: report.az