Tehran Vaşinqtonla nüvə sahəsində mümkün saziş layihəsini 2-3 gün ərzində hazırlamağı planlaşdırır.
"Report" Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi MSNBC telekanalına müsahibəsində bildirib.
"Mənim üçün növbəti addım mümkün saziş layihəsini ABŞ-dən olan həmkarlarımıza təqdim etməkdir. İnanıram ki, yaxın 2-3 gün ərzində o, hazır olacaq", - o deyib.
Bununla yanaşı, o qeyd edib ki, İranın nüvə proqramı üzrə sazişi yalnız ABŞ İrana hörmət göstərəcəyi təqdirdə mümkündür.
Məlumat yenilənir...