IMG-LOGO

BFB IMF-lə maliyyə dərinləşməsinin artırılmasını müzakirə edib

11 Feb 2026 14:32 4 baxış
IMG

"Bakı Fond Birjası" QSC (BFB) və Beynəlxalq Valyuta Fondu (IMF) arasında maliyyə dərinləşməsinin artırılması və investor bazasının genişləndirilməsi perspektivləri ilə bağlı müzakirələr aparılıb.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, BFB-nin rəhbərliyi IMF-in Azərbaycan üzrə missiyasının nümayəndə heyəti ilə görüş keçirib. Görüş çərçivəsində Birjanın İdarə Heyətinin sədri Ruslan Xəlilov IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə "Maliyyə bazarları: son inkişaflar, islahat istiqamətləri və Azərbaycanda maliyyə dərinləşməsi perspektivləri" mövzusu ətrafında geniş fikir mübadiləsi aparıb.

Müzakirələrdə ölkənin kapital bazarlarında müşahidə olunan cari tendensiyalar, bazar infrastrukturunun təkmilləşdirilməsi, institusional çərçivənin gücləndirilməsi və maliyyə alətlərinin şaxələndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər diqqət mərkəzində olub.

Xəbər lenti