Qlobal enerji böhranları və yeni neft yataqlarının kəşfi ilə əlaqədar 2026-cı ildə dünyanın neft xəritəsi yenidən formalaşır.
Lent.az xəbər verir ki, dünyanın ən böyük təsdiqlənmiş neft ehtiyatlarına malik ölkələri açıqlanıb. Siyahı hərbi güc üzrə araşdırmaları ilə tanınan Global Firepower təşkilatının 2026-cı il məlumatları əsasında hazırlanıb.
Siyahıda ilk 15 ölkə və onların neft ehtiyatları belədir:
15. Əlcəzair — 12,2 milyard barrel
14. Braziliya — 12,715 milyard barrel
13. Çin — 26,023 milyard barrel
12. Qazaxıstan — 30 milyard barrel
11. Nigeriya — 36,89 milyard barrel
10. ABŞ — 38,212 milyard barrel
9. Liviya — 48,363 milyard barrel
8. Rusiya — 80 milyard barrel
7. Birləşmiş Ərəb Əmirlikləri — 97,8 milyard barrel
6. Küveyt — 101,5 milyard barrel
5. İraq — 145,019 milyard barrel
4. Kanada — 170,3 milyard barrel
3. İran — 208,6 milyard barrel
2. Səudiyyə Ərəbistanı — 258,6 milyard barrel
1. Venesuela — 303,806 milyard barrel
Beləliklə, siyahıya 303,806 milyard barrel təsdiqlənmiş neft ehtiyatı ilə Venesuela başçılıq edir. Səudiyyə Ərəbistanı 258,6 milyard barrel ehtiyatla ikinci, İran isə 208,6 milyard barrel ehtiyatla üçüncü yerdə qərarlaşıb.
Məqalədə qeyd olunur ki, Türkiyə yeni kəşflərlə neft ehtiyatlarını artırmağa davam etsə də, Global Firepower-ın dünyanın ilk 10 ölkəsi siyahısına daxil olmayıb. Türkiyənin təsdiqlənmiş neft ehtiyatlarının 366 milyon barrel olduğu və ölkənin dünya sıralamasında 49-cu yerdə qərarlaşdığı bildirilib.
neft ölkəMənbə: lent.az