IMG-LOGO

Ayda Kolizeydən böyük nəhəng krater aşkarlandı

21 Sep 2026 05:29 2 baxış
IMG
1 0

NASA-nın “Lunar Reconnaissance Orbiter” kosmik aparatı Ayın səthində diametri 222 metr olan yeni krater aşkar edib.

Lent.az xəbər verir ki, “McGetchin” adlandırılan kraterin eni Romadakı məşhur Kolizeydən böyükdür və son dövrlərdə Günəş sistemində aşkar edilmiş ən böyük yeni zərbə krateri hesab olunur.

Alimlərin hesablamalarına görə, krater 2024-cü il aprelin 11-dən mayın 22-dək asteroid və ya kometa parçasının Aya çırpılması nəticəsində yaranıb.

Kosmik obyektin ölçüsünün təxminən 3-6 mərtəbəli bina boyda olduğu ehtimal edilir. Maraqlıdır ki, toqquşma baş verdiyi vaxt nə Yer, nə də kosmosdakı teleskoplar hadisəni qeydə ala bilib.

NASA alimləri krateri əvvəlki və sonrakı görüntüləri müqayisə edərkən aşkarlayıblar.

Onların fikrincə, belə böyük toqquşmalar Ayda təxminən 130-132 ildə bir dəfə baş verir.

Tədqiqatçılar yeni kraterin öyrənilməsinin gələcək Ay missiyaları və astronavtların təhlükəsizliyi baxımından da əhəmiyyətli ola biləcəyini bildirirlər.

 

Ay krater

Mənbə: lent.az

Xəbər lenti