Bakıda uşaqlar üçün yeni təhsil məkanı fəaliyyətə başlayıb. Sentyabrın 12-də 4–14 yaş arası uşaqların potensialını və istedadını üzə çıxaracaq "Starlight Academy" qapılarını uşaqların və valideynlərin üzünə açıb.
Burada uşaqların ilk addımdan özlərini evdəki kimi rahat və sərbəst hiss edəcəyi səmimi bir mühit yaradılıb. Məkanın hər küncü müasir texnologiya və sinif otaqları ilə yanaşı, uşaqların ruhunu dincəldən isti bir atmosferlə tamamlanır. Mərkəzdəki hər bir detal uşaqların dərs oxuyarkən yorulmaması, öyrənməkdən zövq alması və daxilindəki gizli istedadı rahatlıqla üzə çıxarması üçün incəliklə düşünülüb.
Mərkəzdə müxtəlif inkişaf sahələri bir araya gətirilib. Riyaziyyat məntiqi təfəkkürü, xarici dillər dünyagörüşünü, robototexnika gələcəyin texnoloji bacarıqlarını, rəsm təxəyyülü, şahmat isə strateji düşüncəni formalaşdırır. Burada dərs prosesi quru nəzəriyyədən uzaq, tamamilə praktiki və maraqlı şəkildə qurulub. Tədris proqramına Cambridge English ilə yanaşı, uşaqların yaradıcı təfəkkürünü və ünsiyyət bacarıqlarını inkişaf etdirən məşğələlər də daxildir. Uşaqların özünə inamını artırmaq və emosional rahatlığını təmin etmək üçün mərkəzdə peşəkar psixoloq xidməti də fəaliyyət göstərir.
"Starlight Academy” təkcə akademik nəticələrə deyil, həmçinin uşağın fərdi potensialını üzə çıxarmağa, sərbəst təfəkkürünə və gələcək bacarıqlarının inkişafına diqqət yetirir. Mərkəzin əsas fəlsəfəsi sadə və aydındır: hər bir uşaq gələcəyi işıqlandıran bir ulduzdur.
Starlight Academy — parlaq düşüncələrin başladığı məkan.
Starlight Academy təhsil mərkəzləri videoMənbə: lent.az