Nigeriyalı aktrisa Nimmi Ferrari 26 yaşında vəfat edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, əsl adı Adesanya Nimota Omotolani olan aktrisa sentyabrın 6-da dünyasını dəyişib.
Aktrisanın bacısı deyib ki, Nimmi Ferrarinin səhhəti qəfil pisləşib. Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Ölümün dəqiq səbəbi açıqlanmayıb.
Təsdiqlənməmiş məlumatlara görə, Omotolani ölümündən bir müddət əvvəl uşaqlıq miomasının (xoşxassəli şişin) götürülməsi ilə bağlı əməliyyat keçirib.
Nimmi Ferrari yoruba dilində çəkilən filmlərdə rol alıb. O, eyni zamanda öz prodüser şirkətinə rəhbərlik edib və bloq aparıb. Aktrisa bloqunda kino sənayesinin tanınmış nümayəndələrindən müsahibələr götürüb.
Omotolaninin TikTok sosial şəbəkəsində 310 mindən çox izləyicisi olub.
Hadisələr aktrisa dünyadan xəbərlər əməliyyatda ölümlərMənbə: lent.az