“Barselona” yayda heyətinə qatdığı gənc misirli hücumçu Həmzə Əbdülkərimlə müqavilənin müddətini uzadıb.
Lent.az xəbər verir ki, Kataloniya klubunun rəsmi saytının məlumatına görə, 18 yaşlı futbolçu ilə yeni müqavilə 2030-cu ilədək nəzərdə tutulub.
Hücumçunun müqaviləsində nəzərdə tutulan sərbəstqalma məbləği 15 milyon avrodan 150 milyon avroya yüksəldilib.
Həmzə Əbdülkərim 2026-cı il fevralın 1-də Qahirənin “Əl-Əhli” klubundan mövsümün sonunadək icarə əsasında “Barselona”nın gənclər komandasına keçib. Müqaviləyə futbolçunun transfer hüquqlarının alınması bəndi də daxil edilib.
Gənc hücumçunun çıxışı klub rəhbərliyində müsbət təəssürat yaradıb və yayda “Barselona” satınalma hüququndan istifadə edib. Transferin məbləği bonuslar istisna olmaqla 1,5 milyon avro təşkil edib.
Həmzə Əbdülkərim “Barselona”nın əsas komandasında indiyədək cəmi bir oyunda meydana çıxıb. O, həmin qarşılaşmada dörd dəqiqə oynayıb və məhsuldar göstərici ilə yadda qalmayıb.
İdman xəbərləri Barselona futbol hücumçu transferMənbə: lent.az