Bakıda gənc oğlan yaşadığı evdə ölü halda tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb.
20 yaşlı Kərimov Məhəmməd İntizam oğlunun meyiti yaşadığı evin girişində aşkarlanıb. Onun hansı səbəbdən öldüyü bilinmir.
Araşdırma aparılır.
Hadisələr meyit ölümMənbə: lent.az