Rusiyanın Buryatiya Respublikasının Cida rayonunda kişi oğlunu ayının hücumundan xilas etməyə çalışarkən səhvən güllələyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə oğul qoyun sürüsünü meşədən uzaqlaşdırmağa çalışarkən baş verib.
Bu zaman meşədən çıxan ayı çobana hücum edib. O, qışqıraraq kömək istəyib və səsini atası eşidib.
Atası çölə çıxıb, tüfəngi götürüb və ayını qorxutmaq üçün atəş açmağa başlayıb. Oğlunun dayandığı istiqamətə də atəş açıb və onun ayağından yaralanmasına səbəb olub.
Hadisədən sonra yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.
Hadisələr kriminal xəbərlər kriminal hadisələr Rusiya dünyadan xəbərlərMənbə: lent.az