Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına sədr seçilir.
Lent.az xəbər verir ki, Nizami Kino Mərkəzində təşkil olunan konfransda AKİ-nin üzvləri, həmçinin, mədəniyyət və incəsənət nümayəndələri iştirak edirlər.
Tədbirdən fotoları təqdim edirik:
***
11:26
Azərbaycan Kinematoqrafçılar İttifaqının sədr postuna namizədlərin adı açıqlanıb.
Lent.az xəbər verir ki, sədrliyə namizədlər arasında Şəfiq Məmmədovadan başqa Həmidə Ömərova da yer alıb.
Hazırda sədr səlahiyyətlərinin icraçısı Şəfiqə Məmmədovadır.
***
07:43
Bu gün Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçiləcək.
Lent.az xəbər verir ki, ittifaqın konfransı saat 12:00-da, Nizami Kino Mərkəzində keçiriləcək.
AKİ sədrinin seçkisi, Konfransın gündəliyinin əsas bəndidir.
Xatırladaq ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev bu il, martın 29-da vəfat edib. Hazırda sədr səlahiyyətlərini Şəfiqə Məmmədova icra edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqı


Mənbə: lent.az