IMG-LOGO

Şəki şəhərində çaqqallar insanlara HÜCUM ETDİ: 4 nəfər yaralandı - VİDEO

11 Sep 2026 13:50 3 baxış
IMG
3 0

Şəkidə çaqqallar insanlar hücum edib.

Lent.az-ın xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin mərkəzində, M.Ə.Rəsulzadə prospektində baş verib.

Çaqqallar 71 yaşlı Oktay Əliyev, 71 yaşlı Töhvə Məmmədova, 61 yaşlı Reyhanə Muxtarova və 36 yaşlı Sənan Əmirlini küçədə dişləyib.

Xəsarət alanlar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanadan bildirilib ki, pasiyentlərə bədənin müxtəlif nahiyələrinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri orta stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə yazılıb.

Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr video videolent Şəki şəhəri çaqqal dişləməsi

Mənbə: lent.az

Xəbər lenti