Xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.
Bu barədə Lent.az-ın sorğusuna Mərkəzi Neftçilər Xəstəxanasından cavab verilib. Bildirilib ki, hazırda onun müayinəsi davam etdilir.
Qeyd edilib ki, Z.Rzayevin vəziyyəti stabildir.
Xatırladaq ki, 74 yaşlı müğənni sentyabrın 5-i saat 20:50 radələrində xəstəxananın qəbul şöbəsinə hospitalizasiya olunub. Daha sonra qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozu təyin olunan pasiyentə zəruri tibbi xidmətlər göstərilib.
Zaur Rzayev Xalq artisti
Mənbə: lent.az