İtaliyanın avtomobil təmiri və metal emalı ustası Andrea Marazzi dünyanın ən ensiz avtomobilini hazırlayıb.
Lent.az xəbər verir ki, o, ailəsinə məxsus1993-cü il istehsalı “Fiat Panda”nı qeyri-adi layihəyə çevirib.
Təxminən bir il davam edən kəsmə, qaynaq və yenidənqurma işlərindən sonra avtomobilin eni cəmi 50,20 santimetrə endirilib. Bir nəfərlik mikroavtomobilin qapıları, tavanı və dörd təkəri də daxil olmaqla orijinal hissələrinin böyük hissəsi qorunub.
Avtomobil tamamilə elektrik mühərriki ilə təchiz edilib və çəkisi 264 kiloqramdır. O, saatda maksimum 15 kilometr sürətlə hərəkət edə bilir və bir dəfə doldurulmaqla 25 kilometr məsafə qət edir.
50,20 santimetr enində olan avtomobil “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən dar sürülə bilən avtomobili kimi daxil edilib. Lakin onun ümumi istifadədə olan yollarda hərəkətinə icazə verilmir. Mikroavtomobil tədbirlər və sərgilərdə nümayiş etdirilmək üçün hazırlanıb.
Avtomobilin dar küçələrdə hərəkət etdiyi görüntülər sosial şəbəkələrdə də böyük marağa səbəb olub.
avtomobil


Mənbə: lent.az