Ağdaşda kişini elektrik cərəyanı vurub.
Lent.az-ın xəbərinə görə, hadisə Pirəzə kəndində qeydə alınıb.
60 yaşlı Nazim Məmmədov yaşadığı evin həyətində su çəninə su doldurarkən onu elektrik cərəyanı vurub. Nəticədə kişi hadisə yerində ölüb.
Araşdırma aparılır.
Hadisələr elektrik cərəyanı meyit ölüm kriminal hadisələrMənbə: lent.az