Bakıda yataqxanada meyit tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə Pirallahı rayonu, Səməd Vurğun küçəsində baş verib.
Hacıqabul rayon sakini 47 yaşlı Ramil Abduləli oğlu Əliyevin meyiti SOCAR-ın Azneft Qazma İdarəsinin yataqxanasında aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Faktla bağlı Pirallahı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.
Hadisələr meyit ölüm SOCARMənbə: lent.az