IMG-LOGO

Borcu ödəməmək üçün "pulum yoxdur" deyənləri bu cəza gözləyir - CAVAB

11 Sep 2026 10:08 2 baxış
IMG
3 0

Lent.az -ın "Bir sual, bir cavab" rubrikasının bu dəfəki mövzu borcu ödəməmək üçün saxta şəkildə müflisləşən şəxslərlə bağlıdır.

Saxta müflisləşmənin cəzası nədir?

Lent.az xəbər verir ki, Cinayət Məcəlləsinin 212-ci maddəsinə əsasən, kommersiya təşkilatının rəhbəri və ya mülkiyyətçisi, habelə fərdi sahibkar tərəfindən kreditorlara olan borcun ödənilməsini təxirə salmaq və ya möhlət almaq, habelə borcun azaldılmasına nail olmaq və ya borcu ödəməkdən yayınmaq üçün kreditorları aldatmaq məqsədi ilə özünü bilə-bilə yalandan ödəmə qabiliyyəti olmayan elan etməsi xeyli miqdarda ziyan vurduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 

Eyni əməllər külli miqdarda ziyan vurduqda və ya digər ağır nəticələrə səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın üç misli miqdarında cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

bir sual - bir cavab saxta müflisləşmə Cinayət Məcəlləsi cərimə qanun

Mənbə: lent.az

Xəbər lenti