IMG-LOGO

Qatlana bilən “iPhone Duo”, yoxsa Samsung “Galaxy Z Fold 8”? – Hansı daha güclüdür?

10 Sep 2026 22:21 2 baxış
IMG
0 0

“Apple”ın ilk qatlanan smartfonu “iPhone Duo” ilə Samsung “Galaxy Z Fold 8” texniki göstəricilər, dizayn və qiymət baxımından müqayisə olunub.

Lent.az xəbər verir ki, hər iki model 7,6 düymlük, 120 Hz tezlikli daxili ekrana malikdir.

“iPhone Duo” daha yeni A20 Pro prosessoru, IP68 qoruması və titandan hazırlanmış gövdəsi ilə seçilir.

“Galaxy Z Fold 8” isə çoxlu tətbiqlərlə işləmək imkanları və daha inkişaf etmiş multitasking funksiyaları ilə üstünlük qazanır.

“iPhone Duo”nun 256 GB-lıq versiyası 1 999 dollardan, “Galaxy Z Fold 8” isə 1 900 dollardan başlayır.

Kağız üzərində “iPhone Duo” performans və davamlılıq baxımından üstün görünsə də, yekun nəticə üçün real istifadə testləri lazımdır.

 

Apple iPhone Samsung

Mənbə: lent.az

Xəbər lenti