IMG-LOGO

Nigeriya qoşunlarını Benindən çıxarıb

02 Feb 2026 11:53 5 baxış
IMG

Nigeriya ötən ilin dekabrında dövlət çevrilişi cəhdi ilə əlaqədar Beninə yerləşdirdiyi qoşunları çıxarıb.

"Report" xəbər verir ki, bu barədə Benin hökumətinin saytında dərc edilmiş bəyanatda deyilir.

"Benin 2025-ci il dekabrın 7-də uğursuz dövlət çevrilişi cəhdindən sonra Toqbin hərbi bazasında yerləşdirilmiş Nigeriya ordusunun mexanikləşdirilmiş batalyonunu rəsmi olaraq çıxarıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, Benin Prezidenti Patris Talon daha əvvəl Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) vasitəsilə nigeriyalı həmkarı Bola Tinubuya müraciət edərək ölkədəki qurumların təhlükəsizliyini təmin etmək və əhalini qorumaq üçün Nigeriya ordusunun müdaxilə etməsini xahiş etmişdi. Bununla yanaşı, Benin ölkədə sabitliyin təmin edilməsində Nigeriya qoşunlarının həlledici rolunu yüksək qiymətləndirib.

Nigeriya kontingenti təxminən 200 hərbçidən ibarət olub.

Xəbər lenti