IMG-LOGO

Hacıqabulda ağır qəza, 1 ölü, 2 yaralI var

10 Sep 2026 23:43 3 baxış
IMG
4 0

Hacıqabulda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “KAMAZ” markalı yük avtomobili ilə “Mercedes Vito” markalı mikroavtobus toqquşub.

Hadisə nəticəsində İmişli rayon sakini, 1979-ci il təvəllüdlü Qasımova Sayad Abdulla qızı ölüb, Türkmənistan vətəndaşları 1958-ci il təvəllüdlü Tağıyev Elbrus və 1957-ci il təvəllüdlü Tağıyeva Nailya xəsarətlərlə Şirvan Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacıqabul qəza

Mənbə: lent.az

Xəbər lenti