IMG-LOGO

“Dacia” məşhur elektrik avtomobilini Avropaya qaytarır

09 Sep 2026 02:35 3 baxış
IMG
0 0

"Dacia" "Spring" elektrik avtomobilinin istehsalını Çindən Sloveniyaya köçürməyi planlaşdırır.

Lent.az xəbər verir ki, şirkət beləliklə həm Avropa subsidiyalarından yararlanmaq, həm də Çin istehsalı avtomobillərə tətbiq olunan tariflərdən yayınmaq istəyir.

Yeni "Spring" “Renault Twingo” ilə eyni platformadan istifadə edəcək, əvvəlki modeldən 18 sm uzun olacaq.

Avropada satış qiymətinin 17 900 avrodan başlayacağı və ilk avtomobillərin 2027-ci ilin əvvəlində müştərilərə çatdırılacağı bildirilir.

 

 

Dacia

Mənbə: lent.az

Xəbər lenti