IMG-LOGO

Gəncə prospektində transformator yandı

08 Sep 2026 22:07 2 baxış
IMG
0 0

Bakının Xətai rayonu, Gəncə prospektində yanğın hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ilkin məlumata görə, yanğın bölgədə yerləşən transformatorda qeydə alınıb.

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb və alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır

transformator

Mənbə: lent.az

Xəbər lenti