"Gənclik Mall" baş vermiş hadisə ilə bağlı məlumat yayıb.
Lent.az xəbər verir ki, məlumatda artıq ticarət mərkəzində işlərin qaydasında olduğu qeyd olunub:
"Bir neçə dəqiqə öncə Gənclik Mall ticarət mərkəzimizdə texniki xəta baş vermiş və xəbərdarlıq sistemi işə düşmüşdür. Hazırda ticarət mərkəzində hər şey qaydasındadır. Müvəqqəti narahatlığa görə üzr istəyirik.
Xoş istirahətlər arzu edirik".
*** 16:10
Bu gün günorta saatlarında "Gənclik Mall"da həyəcan sinqalı verilib.
Lent.az-ın əldə etdiyi xəbərə görə, ticarət mərkəzində qısqapanma səbəbilə tüstülənmə olub.
Buna görə də obyektdə olan insanlar təxliyə edilib.
Sizin brauzer video tagını dəstəkləmir. Hadisələr Gənclik Mall həyəcan siqnalı təxliyəMənbə: lent.az