IMG-LOGO

İrandan Azərbaycana PUA və paraplanla narkotik keçirdilər - FOTO

08 Sep 2026 12:44 3 baxış
IMG
1 1

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən Lent.az-a bildirilib ki, sentyabrın 6-da in “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 38 kiloqram 778 qram narkotik vasitə və 7680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi aşkarlanıb.

Məlumata görə, sərhəd dəstəsinin xidməti ərazisində aşkarlanan 21 kiloqram 700 qram narkotik vasitə və 1000 ədəd psixotrop tərkibli Metadon M-40 həbinin saat 01:30-da İrandan Azərbaycana pilotsuz uçuş aparatı (PUA) vasitəsilə keçirildiyi müəyyən olunub. Həmçinin 17 kiloqram 78 qram narkotik vasitə və 6680 ədəd psixotrop tərkibli Metadon M-40 həbi isə saat 04:10-da paraplan vasitəsilə ölkəyə keçirilib.

Ələ keçirilən narkotiklərin hamısı dövriyyədən çıxarlıb.

Hadisələr narkotik sərhəd İran PUA

Mənbə: lent.az

Xəbər lenti