Beyləqan rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Lent.az-ın məlumatına görə, hadisə rayonun Bolsulu kəndində qeydə alınıb.
Qəza nəticəsində kənd sakini, 64 yaşlı Kərimov Seymur Qaraca oğlu ölüb.
Onun 30 yaşlı qızı Muradova Aytən isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.(APA)
HadisələrMənbə: lent.az