IMG-LOGO

Güclü külək Bərdə, Tərtər və Ağdamda ağacları aşırdı, evlər işıqsız qaldı

07 Sep 2026 19:18 2 baxış
IMG
0 0

Bölgələrdə güclü külək bir sıra fəsadlara səbəb olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, küləyin təsiri nəticəsində Bərdə və Tərtər rayonlarında iri gövdəli ağaclar aşıb.

Ağacların aşması nəticəsində Bərdədə bir neçə evin dam örtüyünə ziyan dəyib.

Həmçinin ağacların yola aşması nəticəsində işıqlandırma dirəklərinə və elektrik naqillərinə zərər dəyib.

Güclü külək Ağdam rayonunun bir sıra kənd və qəsəbələrində də elektrik enerjisinin verilməsində fasilələr yaradıb.

Hazırda yaranmış fəsadların aradan qaldırılması və elektrik enerjisinin verilişinin bərpası istiqamətində işlər davam etdirilir.

Hadisələr

Mənbə: lent.az

Xəbər lenti