IMG-LOGO

Neftçala sakininin evi yanıb kül oldu - VİDEO

07 Sep 2026 00:19 3 baxış
IMG
0 0

Neftçalada fərdi yaşayış evi yanıb.

Lent.az xəbər verir ki, hadisə Neftçala rayonunun Xəzərkənd kəndində baş verib.

Yanğın nəticəsində ev tamamilə yanıb. Hadisə yerinə cəlb olunan yanğınsöndürən briqadalarının operativ müdaxiləsi nəticəsində alovun ətraf ərazilərə və digər tikililərə keçməsinin qarşısı alınıb.

Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbi araşdırılır.

 

Əlibəy Zeynallı

yanğın

Mənbə: lent.az

Xəbər lenti