Şəkidə piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.
Lent.az xəbər verir ki, hadisə bu gün saat 20 radələrində Şəki-Oğuz avtomobil yolunun Şəki rayonu Aşağı Küngüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Vüsal Qarayev idarə etdiyi avtomobillə piyada, 51 yaşlı Rizvan Xəlilovu vurub.
Piyada aldığı xəsarətlərdən vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Şəki qəzaMənbə: lent.az