IMG-LOGO

Android telefonları üçün yeni super QORUYUCU ŞÜŞƏ

08.06.2024 10:15 71 baxış
IMG

Məşhur “Gorilla Glass” istehsalçısı olan “Corning” şirkəti smartfonun ekranını sındırmağı çətinləşdirəcək yeni şüşə növü təqdim edib. 

Lent.az xəbər verir ki, yeni qoruyucu ucuz və orta büdcəli Android cihazları üçün nəzərdə tutulub.

Bildirilir ki,, “Gorilla Glass 7i” 4 il əvvəl “Victus” brendi ilə buraxılmış “Gorilla Glass 7”nin təkmilləşdirilmiş və yenilənmiş versiyasıdır. Həmin şüşə flaqmanlar üçün nəzərdə tutulmuşdu və “7i” istehsalda, o cümlədən sərfəli cihazlarda istifadə olunacaq.

Laboratoriya sınaqları zamanı yeni şüşə asfalt və beton da daxil olmaqla kobud səthlərə 1 metrə qədər hündürlükdən düşmələrə tab gətirib. İstehsalçı iddia edir ki, o, rəqib şüşələrdən iki dəfə daha çox cızıqlara davamlıdır. 

Müqayisə üçün qeyd edək ki, bir çox ucuz smartfon istehsalçıları öz cihazlarında “Gorilla Glass” şüşəsinin əvvəlki nəsillərindən istifadə edirlər. Məsələn, “Google Pixel 8a”da 11 il əvvəl çıxan “Gorilla Glass 3” var.

 “Gorilla Glass 7i”nin ilk müştərisi hələ təqdim edilməmiş “Oppo” model teıefon olub. Və zaman keçdikcə onlar ağıllı saatlar və digər mobil qurğularla təchiz olunmağa başlayacaqlar.

Xəbər lenti