IMG-LOGO

İran Trampa qarşı 1980-ci il taktikasından istifadə etmək istəyir - "Oktyabr sürprizi" nədir?

05 Sep 2026 16:30 2 baxış
IMG
0 0

“The Wall Street Journal” yazır ki, İran ABŞ-da keçiriləcək aralıq seçkilərdən prezident Donald Trampa təzyiqi artırmaq və qarşıdurmada özü üçün daha əlverişli şərtlər əldə etmək məqsədilə istifadə etməyə ümid edir. Tehran oxşar taktikanı 1980-ci ildə də tətbiq edib. Həmin vaxt amerikalı girovların azadlığa buraxılması Ronald Reyqanın qələbəsinə qədər təxirə salınıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, girovlar 444 gün əsirlikdə qaldıqdan sonra 1981-ci il yanvarın 20-də, Reyqanın andiçmə mərasimi keçirilən gün azad ediliblər. Bu böhran diplomatik münasibətlərin kəsilməsinə səbəb olub və Cimmi Karterin seçkilərdə məğlubiyyətinə təsir göstərən amillərdən birinə çevrilib.

Hazırda İran rəhbərliyi ABŞ-da müharibəyə qarşı narazılığın artmasını, o cümlədən benzinin bahalaşmasını nəzərə alır. Ekspert Elli Geranmayehin fikrincə, Tehranda hesab edirlər ki, seçkilər ərəfəsində Trampa təzyiqi azaltmaq lazım deyil.

İran strateji qərar verməli olduğu mərhələyə yaxınlaşır. Daha əvvəl rəsmilər iqtisadiyyat üçün fəlakətli nəticələr yaranmadan təxminən beş ay blokadaya tab gətirə biləcəklərini düşünürdülər. Lakin ölkə daxilində inflyasiya və benzin çatışmazlığı səbəbindən təzyiq artır.

Prezident Məsud Pezeşkian da daxil olmaqla mülki hakimiyyət nümayəndələri ABŞ-la danışıqların bərpasına çağırırlar. Bununla yanaşı, hərbi dairələr gərginliyin daha da artırılmasında israr edə bilərlər.

1980-ci ildə İrandakı girov böhranı 444 gün davam edib. Girovların məhz Reyqanın andiçmə günündə azad edilməsi sonradan “oktyabr sürprizi” ilə bağlı müxtəlif nəzəriyyələrin yaranmasına səbəb olub.

2025-ci ildə ABŞ və İran hərbi əməliyyatların dayandırılmasına dair memorandum imzalayıb. Lakin 2026-cı ildə tərəflər yenidən qarşılıqlı zərbələr endiriblər. Münaqişə hələ də həllini tapmayıb.

ABŞ-İran müharibəsi siyasi xəbərlər siyasət İran ABŞ Donald Tramp

Mənbə: lent.az

Xəbər lenti